RU
Xorvatiya Şengen zonasına daxil olacaq
12:13
170

Xorvatiya Şengen zonasına daxil olacaq


Avropa Parlamenti Xorvatiyanın Avropada Şengen azad səyahət zonasına daxil edilməsinə yaşıl işıq yandırıb.

7NEWS.az xəbər verir ki, Xorvatiyanın Şengen zonasına üzvlüyü üçün hazırlanan hesabat Avropa Parlamentinin (AP) Vətəndaş Azadlıqları Komitəsində səsə qoyulub. Hesabat 8 əleyhinə 45 əleyhinə səslə qəbul edilib. Avropa Parlamentinin üzvləri Avropa İttifaqının (Aİ) üzvü olan Xorvatiyanın Şengen zonasına daxil olmaq üçün lazımi şərtləri yerinə yetirməsi ilə bağlı razılığa gəliblər. Hesabatda Avropa Şurasından sərhəd nəzarətinin ləğvi ilə bağlı yekun qərarı verməsi xahiş olunur.
Həmçinin bildirilir ki, Aİ-nin xarici sərhədlərində fundamental hüquqlar mütəmadi olaraq qiymətləndirilməlidir və bunun üçün Xorvatiya AP-ni və Avropa Şurasını fəaliyyət planı, xüsusən də polis əməkdaşlarına nəzarətin müstəqil mexanizmi barədə məlumatlandırmağa çağırılır.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ