RU
Yaponiya 2030-cu ilə qədər müdafiəsini “hipersonik” raketləri ilə gücləndirəcək
17:17
73

Yaponiya 2030-cu ilə qədər müdafiəsini “hipersonik” raketləri ilə gücləndirəcək


Yaponiyanın aparıcı iqtisadiyyat qəzetlərindən olan Nikkei, Ukrayna müharibəsi, Şimali Koreyanın raket sınaqları və Çinin hərbi fəaliyyətləri səbəbiylə Yaponiyanın hərbi gücünü artırmaq üçün addımlar atacağını açıqlayıb.

7NEWS.az xəbər verir ki, "qarşıdurma qabiliyyətini gücləndirmək və əks-hücum qabiliyyətini artırmaq” məqsədi ilə Yaponiya Müdafiə Nazirliyi 2030-cu ilə qədər "hipersonik” raketləri yerləşdirməyi planlaşdırır. Hesabatda Yaponiyanın "qarşı güc qabiliyyəti" axtardığı bildirilərkən, sözügedən "hipersonik” raketlərin səs sürətindən ən az beş qat daha sürətli və mürəkkəb orbitdə uça biləcəkləri qeyd edilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ