7NEWS.az xəbər verir ki, Yaponiyanın Nazirlər Kabinetində böhrandan sonra daxili işlər naziri Minoru Terada istefa verdiyini açıqlayıb. Baş nazir Fumio Kişidanın Terada ilə bağlı yaranan maliyyə qalmaqalı səbəbindən onu vəzifədən azad etməzdən əvvəl istefa ərizəsi verdiyi iddia edilib. İstefasından sonra açıqlama verən Kişida parlamentdəki işi prioritetləşdirmək üçün Teradanın istefasını qəbul etdiyini bildirib. Kişida jurnalistlərin bir ay ərzində 3 nazirin istefa verdiyini və "Ağır bir məsuliyyət hiss edirəm” deməsindən sonra üzr istəmək istədiyini bildirib. Kişida həmçinin əlavə edib ki, yeni daxili işlər naziri sabah açıqlana bilər. Daxili işlər naziri postunu keçmiş xarici işlər naziri Takeaki Matsumoto tutacağı gözlənilir.
7NEWS.az








