"Yatmış gözəl" nağılı gerçək oldu - 20 yaşlı qız 8 ay yatdı - FOTO

İyun ayında yuxuya gedən 20 yaşlı Alanna Uong fevralda yuxudan oyanıb.



7News.Az-ın haberler.com-a istinadən verdiyi xəbərə görə, "Yatmış gözəl sindromu"na (Klein-Levin sindromuna) tutulan qız daim "yuxu aclığı" his edib və tətil günlərindən birində 2 gün yatandan sonra xəstəliyinin olduğunu anlayıb.



Qohumları isə onun sadəcə yorğun olduğunu düşünüb hadisənin üzərindən keçiblər.



Lakin Uongun belə halı təkrarlanmağa başlayıb. Bəzən 3 aydan bir, bəzən də ayda bir dəfə dərin yuxuya gedib.



Sonuncu və ən uzunmüddətli yuxusu 29 iyun 2009-cu ildə başlanıb 11 fevral 2010-cu ildə bitib.



Alanna Uong onun kimi insanların özlərini tək hiss etməməsini istəyir.

Alanna KLS Dərnəyinin könüllülərindəndir.



7News.Az

Xəbər lenti