Gənclərin karyera yolunu daim dəstəkləyən Yelo Bank, ənənəvi "Summer Challenge” proqramına uğurla start verib. Artıq 6-cı dəfədir keçirilən layihəyə bu il də maraq böyük olub. 600-dən çox müraciət arasından ən istedadlı 46 gənc müxtəlif seçim mərhələsindən keçərək Yelo Bank-ın Baş ofisi və filiallarında təcrübə imkanı qazanıb.
Proqramın ilk günündə təcrübəçilər üçün Baş ofisdə xüsusi "xoş gəldin" və tanışlıq tədbiri keçirilib. Bankın İşə qəbul komandası gəncləri korporativ qaydalar, fəaliyyət prinsipləri və komanda mədəniyyəti ilə tanış edib, onlara uğurlar arzulayıb.
İştirakçılar öz maraqlarına uyğun olaraq Bankın fərqli strukturlarında çalışacaqlar: Satış, Proqramlaşdırma, İT, İnsan kapitalının idarəedilməsi, Hüquq, Məhkəmə işləri, Brendin idarəedilməsi, CVM və s. Təcrübə müddətində onlar real layihələrdə iştirak edərək praktiki biliklər qazanacaq və uğurlu karyera üçün vacib bacarıqlar əldə edəcəklər.
Proqramı uğurla bitirən və fəallığı ilə seçilən iştirakçılar Yelo Bank-da iş qazanmaq şansı əldə edəcəklər. Qeyd edək ki, əvvəlki illərin uğurlu məzunları böyük bir hissəsi hazırda Yelo komandasında öz karyeralarını davam etdirirlər.
Yelo Bank gənclərin inkişafına dəstək layihələri ilə hər zaman onların yanında olmağa və ölkənin kadr potensialına parlaq töhfələr verməyə davam edəcək.
Bank xidmətləri (ipoteka kalkulyatoru və s.) ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!











