" 20-ci əsrin 30-cu illərinə qədər bir qarış torpağı belə olmayan ermənilər Çar Rusiyası dönəmində Azərbaycana köçürüldülər və İrəvan, Zəngəzur, Qarabağ mahallarında məskunlaşdırıldılar.
Rus- Türk, Rus- İran müharibəsi sonrası artıq 1milyondan artıq erməni ailəsi Azərbaycan torpaqlarında məskunlaşdırılmışdı və 1-ci Dünya müharibəsində vətəndaşı olduqları Türkiyəyə xəyanət edən ermənilərin də çoxu buraya qaçdı və burada yerləşdirildilər. Rus imperiyası dağıldıqdan sonra cənubi Qafqazda yaranan Zaqafqaziya Seymində artıq Azərbaycan və Gürcüstan ilə yanaşı erməni dövləti də vardı və 1918- ci ildə İrəvan bir çox dövlətlərin də təzyiqi ilə Ermənistana verildi və beləliklə, iki tarixi türk dövləti arasında bir xristian, dili- mənşəyi bilinməyən bir millətin dövləti yaradıldı. Sovet imperiyası dönəmində də torpaqlarımızın xeyli hissəsi onlara verildi və indiki Ermənistan dövləti formalaşmış oldu. 1905, 1918- 1920, 1948- 1953 və 1988- ci ildə ermənilər tərəfindən bölgədəki müsəlman, yəhudilər və digər xalqlara qarşı soyqırımlar törədildi və bu soyqırımlarda milyondan yuxarı müsəlman türk qoca, hamilə, uşaq deyilmədən vəşiçəsinə qətl edildi. 1988-ci ildə Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz dədə- baba yurdlarından qovuldu. Sovetlər dağılar – dağılmaz başlayan Ermənistan- Azərbaycan münaqişəsi bizim hazırda BMT tərəfindən də tanınan torpaqlarımızın 20% -ni itirməmizlə nəticələndi və münaqişə hələ də davam edir. Nəinki Dağlıq Qarabağ, ətraf rayonlar da ermənilər tərəfindən işğal edildi, Xocalıda əsrin qətliamı, soyqırımı törədildi. Kəlbəcərdə və bir çox rayonlarda yerli əhaliyə divan tutuldu. Zəngilan əhalisi İran ərasindən keçməklə canlarını qətliamdan qurtardılar. Bütün bunlar bir tarixdir və nə yazıq ki, dünya bu yaxın keçmişi unutmuş kimi göstərir.
Bu gün Rusiyanın dəstəyi ilə Azərbaycan Respublikasının 20 % torpağı Ermənistan tərəfindən işğal edilib və BMT-nin qətnamələrinə, beynəlxalq təşkilatların tələblərinə məhəl qoyulmur. Ermənistan Qarabağda bir terrorçu qrup tərəfindən separatçı bir rejim qurub. Ermənistanın terroru dəstəkləyən bir dövlət olduğunu bütün dünya görməzdən gəlir. Terror və müharibə bütün dünyanın problemidir və dövlətimiz terrorla mübarizəyə dair bir çox beynəlxalq təşkilatlarla birgə çalışır və hər zaman terrora qarşı olduğunu açıq ortaya qoymuşdur. Ermənistanla münaqişədə də kifayət qədər yumşaq mövqe ortaya qoyaraq, hər zaman sülh tərəfdarı olduğunu və yalnız danışıqların heç bir nəticəsi olmadığını gördükdə hərb yolu ilə ərazisini işğaldan təmizləyəcəyini bildirmişdir.Azərbaycan xalqı tarix boyu döyüşkən xalq olub, imperiyalara qarşı savaşıb, bu gün də onun güclü ordusu var və istədiyi vaxt öz torpaqlarını işğaldan azada edə bilər. ATƏT-in Minsk qurupu bu istiqamətdə heç bir fəaliyyət göstərmir. Ancaq cəbhədə vəziyyət gərginləşəndə Azərbaycan tərəfi cavab atəşi verdikdə artıq bu bir çox dövlətləri narahat etməyə başlayır. Ötən ilin aprelində baş verən hadisələr göstərdi ki, bizim bir dövlət olaraq öz ərazimizi işğalçılardan təmizləmək üçün kifayət qədər gücümüz var ancaq ikili standartlar, haqsız münasibətlər üzündən hələ də ədalətsizliklərlə üz-üzəyik. Erməni tərəfi tez- tez atəşkəsi pozur və nəinki əsgərlərimizi, mülki vətəndaşlarımızı da atəşə tutur. Cəbhəyanı ərazilərdə yaşayan əhalinin evləri, təsərüfat və iaşə obyektləri bombalanır, əkin sahələri yandırılır , suları kəsilir. Dəfələrlə olub ki, mülki sakinlərimiz bu saldırılarda yaralanıb, əlil qalıb, həyatını itirib. Sonuncu dəfə 4 İyul tarixində ermənilərin minaatanlardan atdığı atəşə nəticəsində 2 yaşlı Zəhra və nənəsi faciəvi şəkildə həyatlarını itirdilər. Ancaq nədənsə dünya dövlətlərinin, beynəlxalq təşkilatların bununla bağlı hər hansı bir ciddi təpkisini görmədik. Hətta Suriyadan qaçarkən suda boğulan kürd uşaqları üçün "Aylin bəbəklər ölməsin”- deyənlər Zəhra bəbək üçün susdular. Azərbaycan xalqı ədalət istəyir və hələ də səbrlə bu ədalətin bərpa olunacağını gözləyir. Yox əgər bu ədalət bərpa olunmayacaqsa onu bərpa edəcək gücünün olmasını bütün dünya bilməlidir”








