RU
11:36
507

"Yetenek Sizsiniz"in münsiflərində dəyişiklik

TV8-də yayımlanan "Yetenek Sizsiniz Türkiye" yarışmasının münsiflər heyəti dəyişib.
7News.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu barədə Acun İlıcalı bildirib. O, yeni mövsümdə Hülya Avşarın yenidən münsiflər kürsüsündə oturacağını qeyd edib. İlıcalı H.Avşar üçün çox darıxdığını da deyib.

Qeyd edək ki, ötən mövsüm münsiflər heyətində Eser Yenenler, Seda Bakan və Ali Taran təmsil olunmuşdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ