Yol hərəkəti təhlükəsizliyinin artırılması istiqamətində görülən işlər çərçivəsində Təbriz küçəsi ilə İ.Həsənoğlu küçəsinin kəsişməsində aşağıdakı tədbirlər həyata keçirilib:
- Sarı kəsişmə toru təşkil edilib;
- Nəqliyyat vasitələrinin hərəkət trayektoriyasını əks etdirən yol nişanlamaları çəkilib;
- Yolayrıcının bütün istiqamətləri üzrə piyada keçidləri yerləşdirilib.
Həyata keçirilən dəyişikliklər:
- Kəsişmədə piyadaların rahatlığını,
- Yol hərəkəti iştirakçılarının təhlükəsizliyini,
- Nəqliyyat vasitələrinin fasiləsiz hərəkətini təmin etməyə imkan verəcəkdir.
Qeyd edək ki, hazırda ərazidə əlavə pandusların quraşdırılması üçün də iş aparılır.








