"Biz uşaq deyilik. Abbasla uzun illərdən bəri dostluq etmişəm”.
7News.Az xəbər verir ki, bu sözləri ötən gün "MTV Azərbaycan”da yayımlanan "3 canlı” verilişində qonaq olan müğənni Zamiq Hüseynov deyib.
Əməkdar artist Abbas Bağırovla küsülülüyündən söz açan ifaçı bildirib ki, onlara küsülü qalmaq sərf edir:
"Mən onlarda, o da bizdə olub, bir çörək kəsmişik. Münasibətimizin soyuq olmağı bizə rahatdır. Biz barışsaq, yenə nəsə olacaq, küsəcəyik. Abbas haqqında pis danışa bilmərəm. Bizə belə rahatdır, belə də qalsın”.
Qeyd edək ki, müğənnillər bir neçə müddətdir danışmır. Hətta tədbirlərdə belə bir araya gəlmək istəmirlər.
7News.Az








