RU
Zaur Kamaldan etiraf:
14:40
50

Zaur Kamaldan etiraf: "Ac qalmamaq üçün oğurluq edirdim"

Aparıcı Zaur Kamal həyatı ilə bağlı heç kəsin bilmədiyi məqamlardan danışıb.
 
 "Onun sirri" verilişində qonaq olan aparıcı bacısı ilə birlikdə yaşadığı çətinliklərdən bəhs edib.
 
"Rayondan Bakıya gələndə qalmağa yerimiz yox idi. Əmimin yoldaşı bizə balaca bir ev tapmışdı. O bir otaqlı evdə bacımla birlikdə kirayədə qalırdıq. Çox ağır zamanlar idi, hər şey talonla alınırdı. Rayondan ailəm pul göndərirdi, gedib hamısına paltar alırdım. Ona görə də ayın axırına kimi ac qalırdıq. Soyuducumuz ev sahibi ilə ortaq idi. Dərsdən gəlirsən, acsan, evdə yeməyə heçnə yox. Məcbur ev sahibinin yeməyindən xəbərsiz götürürdüm. Onlar da məncə bilirdilər, amma heç vaxt deməzdilər. Bacım məni danlayardı ki, belə şeylər eləmə. Deyirdim axı acıq? O günləri yadıma salanda çox pis oluram".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ