Aparıcı Zaur Kamal verilişinə gələn tamaşaçılara etdiyi jesti ilə diqqətləri üzərinə çəkib.
7News.Az xəbər verir ki, aparıcı havaların soyumağa başladığını, bu səbəbdən Xəzər telekanalına axşam saatlarında gəlib-getməyin problem olacağını nəzərə alaraq maraqlı təklif irəli sürüb.

Zaur canlı yayımda tamaşaçıların rahat gediş-gəlişini təşkil etmək üçün rəhbərlikdən iki avtobus ayırmasını xahiş edəcəyini bildirib:
"Axşam 9-dan sonra hava çox sərt olacaq. Bilmirəm necə gedəcəksiniz. Rəhbərlikdən xahiş edim sizə iki avtobus ayırsın, onunla gedin, gəlin. Qışdır da".
Onun bu fikri hər kəsin alqışı ilə qarşılanıb.
7News.Az








