Zaur Kamal aparıcısı olduğu "5/5"də azyaşlı oğlunun ona vurduğu külli miqdarda ziyandan danışıb.
7News.Az xəbər verir ki, aparıcı efirə hirsli başlayıb.
Zaur qəzəbli olmağının sirrini efir vasitəsi ilə açıqlayıb:
"Bu gün çox əsəbləşdim. İndi də əsəbiyəm. Ümumiyyətlə, "uşaq nədir, fişəng nədir?" məsələi var, düzdür. Uşağı çox da ərköyün böyütmək lazım deyil. İndiki zamanda hansı atadan soruşuram, deyir uşağa sözlə tərbiyə verirəm.
Bu gün kartdan bizim uşaq 800 manat pul çıxardıb. İnternetdə oyun kartlarıdı nədi, nə bilim. 49 dollar bir, 59 dollar bir, 70 dollar bir. Toplam 800 manatlıq. Alışmayım neyləyim?! İndi gedəndə görüm mənə nə cavab verəcək? 800 manatı boş-boş oyunlara xərcləyib. Döyməklə əmələ gəlməz uşaq. Amma nə isə etmək lazımdır".
Qeyd edək ki, Zaurun Bartu və Rüstəm adlı iki oğlu var.
7News.Az









