Baş rollarını Özcan Deniz və Nurgül Yeşilçayın oynayacağı “İkinci şans” filminin çəkilişləri başlayıb.
İllər əvvəl “Asmalı konak” serialında birlikdə çəkilən Özcan Deniz və Nurgül Yeşilçay bu uğurlarını davam etdirmək qərarına gəliblər.
“Asmalı konak”dan 13 il vaxt keçdikdən sonra yaradıcı cütlük yeni layihədə təkrar birlikdə olacaqlar.
Prodüseri Şükrü Avşar, rejissoru isə Özcan Deniz olacaq “İkinci şans” filminin çəkilişləri artıq başlayıb.
Filmdə baş rollara çəkilən Nurgül Yeşilçay ve Özcan Deniz sosial şəbəkədə çəkilişdən fotoşəkillər paylaşıblar.
Ö.Deniz paylaşdığı fotoşəklə “#ikincisans sinema filmimize geri sayim baslasin”, N.Yeşilçay isə “#start verildi. Çalışmaya devam” qeydlərini əlavə edib./sozcu.com
7News.Az










