RU
lombard
Zəki Öztürk:
22:30
640

Zəki Öztürk: "Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri birlik və həmrəyliyimizin bariz göstəricisidir"

"Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir".

Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk Azərbaycan ilə Türkiyə arasında diplomatik münasibətlərin yaradılmasının 30 illiyi münasibətilə keçirilən mətbuat konfransında deyib.

O, bildirib ki, Azərbaycan müstəqilliyini elan etdikdən sonra Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan və Azərbaycanla diplomatik əlaqələr quran ilk dövlət olub. Sonra Bakıda ilk Böyükelçilik də Türkiyə tərəfindən açılıb.

"Biz Azərbaycanla eyni dildə danışan, eyni əqidəyə mənsub, sözdə deyil, mahiyyətcə ortaq tarixi keçmişi paylaşan iki qardaş xalqıq. Bu baxımdan xalqlarımızın ortaq tarixi, milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə qardaşlıq münasibətləri bizim birlik və həmrəyliyimizin bariz göstəricisidir. Məhz bu qardaşlıqdandır ki, prezidentlərimiz, nazirlərimiz, yüksək vəzifəli rəhbərlərimiz ilk xarici səfərlərinə Azərbaycandan başlayırlar. Bu ənənəyə uyğun olaraq Qarabağa ilk səfər edən dövlət başçısı bizim Prezidentimiz olub”, - baş konsul vurğulayıb.

Diplomat bildirib ki, Türkiyə və Azərbaycan prezidentlərinin 2021-ci il iyunun 15-də Şuşa görüşündə elan etdikləri "Şuşa Bəyannaməsi” ilə əlaqələrin bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sahələrində maksimum səviyyəyə çatdırılması hədəflənib.

Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələr müəyyən edilmiş hədəflərə uyğun olaraq genişlənir.

Son 30 ildə birgə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan Neft Kəməri, Bakı-Tbilisi-Ərzurum Təbii Qaz Kəməri, Bakı-Tbilisi-Qars Dəmir Yolu, TANAP kimi qlobal miqyaslı layihələr kommersiya və iqtisadi əməkdaşlığı, qarşılıqlı beynəlxalq platformalarda anlaşmanın dəstəklənməsi və Güclü humanitar təmaslar göstərir ki, gələcəkdə də yeni-yeni işlər görmək üçün hər iki ölkədə güc və iradə mövcuddur.

7NEWS.Az
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ