RU
Zelenski üçtərəfli görüşdən danışdı
12:40
21

Zelenski üçtərəfli görüşdən danışdı

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ, Rusiya və Ukrayna liderlərinin iştirakı ilə üçtərəfli görüşün dekabrda Mayamidə keçirilə biləcəyini bildirib.

 Ukrayna liderinin sözlərinə görə, görüşün G20 sammiti çərçivəsində keçirilməsi real nəticələrə gətirib çıxara bilər.

"Düşünürəm ki, bu, real nəticələrə səbəb ola biləcək üçtərəfli görüşün keçirilməsi üçün yaxşı imkandır", - deyə Zelenski bildirib.

Qeyd edək ki, 2026-cı il G20 liderlər sammitinin dekabrın 14-15-də Mayamidə keçirilməsi planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ