RU
Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib
14:50
1157

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə maarifləndirici tədbir keçirilib

Zərdab Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 4 ümumtəhsil müəssisəsində "Narkomanlığın cəmiyyətə və insan sağlamlığına təsiri", " Erkən nigah problemləri" və "Dini Radikalizm" mövzularında şagirdlərlə maarifləndirici profilaktik tədbir keçirilib. Tədbirdə Zərdab Rayon Polis Şöbəsinin rəisi polis, mayoru Azər Əfəndiyev, həmçinin Rayon İcra Hakimiyyəti,Təhsil Şöbəsinin əməkdaşları və məktəblərin şagird və pedaqoji kollektivləri iştirak ediblər. Tədbirdə çıxış edənlər bəşəriyyətin ən böyük bəlalarından olan narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmində yaratdığı fəsadlardan, narkomanlığın cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə vurduğu zərərlərdən, erkən nikahların yaratdığı problemlərdən, ölkəmizdəki dövlət-din münasibətlərindən, islam dininin əsl mahiyyətindən, gənclərin dini cərəyanların təsiri altına düşməməsi üçün həyata keçirilən tədbirlərdən bəhs edilib.Daha sonra qeyd edilən mövzularda maarifləndirici video-çarx nümayiş olunub. Tədbirdə şagirdlərə "Sağlam həyat tərzini seç” və "Erkən nigahlara və qadınlara qarşı zorakılıqlara yox deyək!” adlı bukletlər paylanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ