RU
Zərdabda etiraz aksiyası - VİDEO
11:24
174

Zərdabda etiraz aksiyası - VİDEO

Zərdab rayonunda yüzə yaxın yerli sakin onlara məxsus otlaqlarının geri qaytarılması tələbi ilə etiraz yürüşü keçirib.
7news.az Turan-a istinadən xəbər verir ki, etirazçılardan biri bildirib ki, üç yüz ailəyə məxsus torpaqları 10 nəfər zəbt edib. Bütün bunlar yerli hakimiyyət orqanlarının iştirakı ilə baş verib: "Artıq susmayacağıq, biz ayağa qalxdıq”.
Polis aksiya liderlərini saxlayıb. Kənd sakinləri bildirib ki, kəndə məxsus örüş sahələri bəzi kənd sakinlərinə həmçinin keçmiş icra başçısı olan Lütfəli Babayevə satılıb. "Uzun illərdir ki, qanunsuz satılmış bu sahələri geri qaytarmırlar, camaat da dözməyib örüş torpaqlarına öz heyvanlarını salıb yanında dayanırlar. Bu gün isə ora polis gəlib üç nəfəri saxlayıblar, 2-3 nəfəri isə döyüblər”.
"Tələb odur ki, saxlanılan şəxslər azad olunsun, torpaqlar geri qaytarılsın, bələdiyyə seçkiləri yenidən keçirilsin və dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərin nəticələri ləğv edilsin”.
Çallı kənd bəliyyəsinin sədri Əzizov Əyub məsələ ilə bağlı Turana açıqlama verməkdən imtina edərək "aidiyyatlı qurumlara müraciət etməyə” məsləhət görüb.
Zərdab rayon İcra Hakimiyyətindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb.
Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov Zərdabda saxlanılan şəxslərin olması ilə bağlı məlumatını təkzib edib.
<iframe width="640" height="360" src="//bax.tv/player/94223.html" frameborder="0" scrolling="no" allowfullscreen></iframe>

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ