RU
17:20
551

"Zeynəb Xanlarovanın məktubu məni ağlatdı..." - Video

Hər müğənninin konsertini Azərbaycan televiziyasında verməzdilər. Biz gecə-gündüz işləyirdik. Bu pilləyə çətinliklərlə çatmışıq. Qazandığımıza zəhmətlə nail olurduq.

Bu sözləri əməkdar artist Mətanət İsgəndərli ARB TV-nin efirində yayımlanan "Gəlin danışaq" verilişində səhnəyə gəlişi ilə bağlı danışarkən deyib. Maraqlı açıqlamalar verən Mətanət İsgəndərli xalq artisti Zeynəb Xanlarovanın ona olan dəstəyindən bəhs edib:

"Asif Kərəmoğlu sarayda mənim konsertimi elədi. Çox uğurlu konsert oldu. Nüsrət Kəsəmənli, Vaqif Gərayzadə və digərləri konsertimə gəlmişdi. Zeynəb Xanlarova mənə məktub göndərmişdi. Bunlar mənim üçün sürpriz olmuşdu. Səhnədə eşitdim, ağladım. Sevincimin hədd-hüdudu yox idi. Göyün yeddinci qatındaydım. Zeynəb xanım mənə çox dəstək oldu".//axar.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ