RU
Zöhrə Abdullayeva
21:50
1278

Zöhrə Abdullayeva "Bacanaqlar"dan niyə getdi?

Əməkdar artist Zöhrə Abdullayeva "Bacanaqlar" serialından ayrılıb.

7News.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni artıq bir neçə bölümdür ki, ekran işində görünmür.

"Bacanaqlar"ın prodüseri, aktyor Elməddin Cəfərov əməkdaşımızla söhbətində bildirib ki, Z.Abdullayeva öz istəyi ilə serialdan gedib:

 

"Keçən mövsümdən getmək istədiyini demişdi. Azərbaycandan köçmək istəyirdi. Hətta arada tez-tez başqa ölkəyə gedib-gəlirdi. Biz də ona görə bu mövsüm nəzərə aldıq və ssenaridən çıxardıq. Deyəsən, heç ölkədən də getməyib. Aramızda heç bir inciklik olmayıb, böyüyümüzdür, hörmət edirik".

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ