RU
15:10
399

"Özüm bu həyatda çox vurulmuşam, içimi göynətdi" - Rəksanə

"Bu həyatda həmişə qadın tək olur. Onu köməksiz görüb vururlar. Özüm bu həyatda o qədər vurulmuşaç. Ayanın ağlamağı mənim içimi göynətdi. Onun körpə qızına efirdən səslənib deməsi "Balam baxır ağlamasın" görün ana nə qədər müqəddəs nemətdir".

7News.Az xəbər verir ki, bu sözləri ötən gün tanınmış müğənni Rəksanə İsmayılova "Maşın Şou" da iştirak edən həmkarı Ayan Babakişiyeva haqqında deyib:

"Mənim də övladım ordadır. Özüm də bu oyunda 2 dəfə oldum. Bu bir oyundu deyirik hər birimiz, amma bu oyunda insanların gzöündə alçala da bilirsən, yüksələ də bilərsən. Elin gözü tərəzidir.Atasız körpələr nə qədər naz-nemət içində saxlansa belə həmişə üzərində kədər olur. Ata sağ olsa belə nə olsun, o körpə ata qayğısı görmür. Ata olan hiss duymursa nəyimə gərəkdir elə ata? Özüm də atasız böyümüşəm, həmişə də boynum bükük olub. O kəlməni eşidəndə həsədlə baxmışam. Gözəl qızım həmişə xoşbəxt ol, sən tək deyilsən"


 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ