"Əlinizdən gələni edin. Həm bu gün, həm bizdən sonrakılar üçün. Sevə bildiyiniz qədər sevin".
Bu sözləri Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova deyib. O, sosial şəbəkə hesabında status paylaşaraq bunları qeyd edib:
"Qaranlıq olmayın. Kin toplamayın. Gözəl olun. Ürəyinizə rahatlıq verin. Düşüncələrinizi sərin saxlayın. Ağlınıza ilk gələni söyləməyin. Vicdanınızı sevin. Ətrafınızdakı bütün körpələri qoruyun. Göy üzünə gülümsəyin. Keçmişi yaddan çıxartmayın, amma keçmişdə qoyun. İnsan olmağın dadına varın. Bir ağaca toxunmaq və diqqətlə kölgəsindən baxmağa vaxt ayırın.
Salxım-salxım söyüdün zərif baş əymesinə, çinarın səssiz gücünə, əncirin qədimdən qalan hakimiyyətinə baxın. Dərin nəfəs alın. Qiymətini bilin. O nəfəsi rahat almaq üçün yalvaran neçə insan olduğunu unutmayın. Su için. Yol kənarındakı bitkilərlə paylaşın. Dünyaya göz atın. Hər şeyin keçəcəyini görməyə çalışın. Gecəylə gündüzün bir-birini izlədiyini xatırlayın. Bir mahnı zümzümə edin. "Kimlər gəldi, kimlər keçdi, bu dünyadan bu dünyadan" deyin, məsələn. Küləyi üzünüzdə hiss etməyə çalışın. Bəlkə bir neçə gözlərinizdən axan yaşlarla rahatlayarsınız, əsirgəməyin. Həyat gözəldir, sadəcə yaşanacaq hala gətirin.
Əlinizdən gələni edin. Həm bu gün, həm bizdən sonrakılar üçün. Sevə bildiyiniz qədər sevin. Sizdən istifadə etmək istəyənləri yanınızdan uzaqlaşdırın. Mümkünsə qırmayın, yıxmayın. Birilərini insan olduğu üçün sevin, birileri olduğu üçün deyil. Xoşbəxt olanlara toxunmayın. Ətrafımızı gözəlləşdirin. Başqa da heç nə, can sağlığı. Bir kitabda oxumuşdum bunları.
Mən də qısaca həyat deyirəm və nə əkərsən, onu da biçərsən. Sizə sizin pis insan olduğunuza inandırmağa çalışacaq, özünüzü pis hiss etməyinizə səbəb olmaq istəyən insanlar olacaq. Onların ürəkləri qaranlıq, üzləri işıqsızdır, əsla aldanmayın və özünüzə haqsızlıq etməyin. Mən çox etmişəm, siz etməyin. Yaxşısan, yaxşıyıq, hətta çox yaxşı".

7News.Az