10 kq doşaba futbolçu transfer etdilər - Foto

10 kq doşaba futbolçu transfer etdilər - Foto

Türkiyə futbolunda daha bir maraqlı transfer baş tutub.

7News.Az xəbər verir ki, həvəskarlar liqasında çıxış edən "Aladağ” Oktay Karakanı 10 kq doşaba transfer edib.

Maliyyə problemləri yaşayan klub 35 yaşlı yarımmüdafiəçinin transferi üçün futbolçuya təmsil etdikləri Adanada istehsal olunan ardıc doşabı təklif edib və Karakan da buna razı olub. Futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Təqdimatda yarımmüdafiəçiyə doşab təqdim edilib.

7News.Az

Xəbər lenti