RU
Bakıda yaşayış binasında yanğın başlayıb
15:56
103

Bakıda yaşayış binasında yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

FHN-dən 7NEWS.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ