RU
Qızıl almaq istəyənlərin nəzərinə
18:00
21

Qızıl almaq istəyənlərin nəzərinə

ABŞ-də açıqlanan güclü məşğulluq göstəricilərinin faiz dərəcələrinin yüksək səviyyədə qalacağı ilə bağlı gözləntiləri artırması qızılın qiymətinə təzyiq göstərib.

Spot qızılın qiyməti 0,5 faiz azalaraq bir unsiya üçün 4 405,47 dollara enib.

Bazar iştirakçıları bu həftə açıqlanacaq ABŞ inflyasiya göstəricilərini gözləyirlər. İnflyasiyanın yüksək olması Federal Ehtiyat Sisteminin faiz siyasətinə təsir edə və qızılın ucuzlaşmasına əlavə təkan verə bilər.

Hazırda investorların diqqəti ABŞ-də dərc olunacaq yeni iqtisadi göstəricilərə yönəlib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ