7NEWS.az xəbər verir ki, Amsterdam ictimai yerlərdə ət məhsulları və qalıq yanacaq əsaslı mal və xidmətlərin reklamını qadağan edən dünyanın ilk paytaxtı oldu. Mayın 1-dən etibarən şəhər boyu reklam lövhələrindən, tramvay dayanacaqlarından və metro stansiyalarından burgerlərin, benzinlə işləyən avtomobillərin və uçuşların şəkilləri silinib.








