Aparıcının təpiklədiyi dron modeli xəstəxanalıq etdi
7News.az xəbər verir ki, Meksikada yayımlanan canlı əyləncə şousu zamanı aparıcı Ernesto Çavananın təpiklədiyi dron, İzabella adlı modelin üzünə dəyib. Ağız və üz nahiyəsindən xəsarət alan gənc qadın göz yaşları içində verilişi tərk edib. Şou komandası aparıcının dəymiş ziyanı qarşılayacağını bildirsə də, İzabellanın səhhəti ilə bağlı ətraflı məlumat verilməyib.