7News.az xəbər verir ki, "Twitch" platformasında 1,7 milyondan çox izləyicisi olan və "Komanche" kimi tanınan 30 yaşlı strimer Karlos Maurisio Qomes Meksikadakı evində ölü tapılıb. Onun ölümündən cəmi bir neçə gün əvvəl etdiyi və "Vəziyyət heç də yaxşılaşmır" yazdığı paylaşım böyük diqqət çəkib. Meneceri də bu kədərli xəbəri təsdiqləyib. Gənc strimerin ölümünün dəqiq səbəbi hələlik açıqlanmayıb.








