7News.az xəbər verir ki, Honkonq, H5N1 quş qripi virusunun yayılması səbəbindən Danimarkanın Lolland bələdiyyəsindən və ABŞ-ın Minnesota ştatındakı Cekson dairəsindən quş əti və quş əti məhsullarının idxalını dayandırıb. Qida Təhlükəsizliyi Mərkəzi sözügedən məhsulların, o cümlədən toyuq yumurtalarının idxalına dərhal qadağa qoyub.








