Oğul birlikdə dua etdiyi atasını öldürüb bağçada basdırdı
7News.az xəbər verir ki, ABŞ-da 40 yaşlı Riçard Saettele, aralarında yaranan mübahisədən sonra 63 yaşlı atasını qətlə yetirməkdə ittiham olunur. İddialara görə, Saettele atasının gözünə vintaçan batırıb, onunla birlikdə dua edib, daha sonra isə ürəyinə bıçaq saplayıb. Şübhəli şəxs atasının cəsədini evin arxasında qazdığı dayaz çuxurda basdırıb. Dəhşətli cinayət aşkar edildikdən sonra isə o, həbs olunub.