RU
Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var
10:50
31

Ağstafada iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub. Qəza nəticəsində 2001-ci il təvəllüdlü M. Hüseynov, 2009-cu il təvəllüdlü N. Mehtiyev, 2001-ci il təvəllüdlü K. Musayev və daha bir nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib və onlara yardım edilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ