Ağsuda 69 yaşlı piyadanı avtomobil vuraraq öldürüb.
7News.Az "Report"-a istinadən xəbər verir ki hadisə rayonun Ərəbuşağı kəndində qeydə alınıb.
Belə ki, Zaman Piriyev idarə etdiyi "VAZ-2106" markalı avtomobillə yolu keçən piyada Mirzağa Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.








