lombard

Azarkeşlər erməni hakimə hücum edib yerə sərdilər - VİDEO

Azarkeşlər erməni hakimə hücum edib yerə sərdilər - VİDEO

Rusiyanın Qaraçay-Çərkəz Respublikasının Çerkessk şəhərində martın 7-də keçirilən "Young Eagles 12” turnirində kütləvi dava baş verib.

Bu barədə Rusiya mətbuatı yazıb.

Turnir çərçivəsində Qroznı və Baksan şəhərlərini təmsil edən idmançıların döyüşündən sonra azarkeşlər erməni hakim Aşot Aşuqyanın qərarına etiraz ediblər.

Oktaqona daxil olan azarkeşlər referinin üzərinə hücum ediblər. Qısamüddətli dava mühafizəçilərin müdaxiləsi ilə sakitləşdirilib.

 

7News.Az

Xəbər lenti