RU
Azərbaycana gələn müğənniyə qarşı 8 milyonluq
00:00
1141

Azərbaycana gələn müğənniyə qarşı 8 milyonluq

Dünya şöhrətli italyan müğənni Eros Ramazzotti Rusiyada konsertlərini ləğv etdiyi üçün 5 milyon avro (8 milyon 665 min AZN) təzminat verə bilər.

Rusiyada italyan müğənninin konsertlərini təşkil edən şirkətin vəkili Valeriy Panasyuk məlumat verib.

Vəkilin sözlərinə görə, Ramazzoti müqavilənin qaydalarını pozub. Belə ki, Eros Ramazzotti Rusiyada 10 şəhərdə konserti olmalıdır. Lakin o, Rusiyaya hələ ki gəlməyib.

Vəkil ifaçıya verilən qonorarı da şirkətin geri qaytarmaq fikri olduğunu deyib:

“Biz iddia ərizəsi hazırlamışıq. Bazar ertəsi ərizə Moskva Arbitraj məhkəməsinə veriləcək. Rusiyanın 10 şəhərində Ramazzottinin konserti planlaşdırılmışdı"./anspress

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ