RU
Azərbaycanda yeni media platforması fəaliyyətə başladı – AdevaMeg.az
15:19
34

Azərbaycanda yeni media platforması fəaliyyətə başladı – AdevaMeg.az


Azərbaycanda media və rəqəmsal kontent sahəsində yeni layihə – AdevaMeg.az fəaliyyətə başlayıb. Platforma müasir oxucular üçün dinamik, maraqlı və fərqli məzmun təqdim etməyi hədəfləyir.

AdevaMeg.az klassik jurnal konseptindən fərqli olaraq, maqazin üslubunda fəaliyyət göstərəcək. Saytda dünya yenilikləri, aktual hadisələr, trendlər və maraqlı xəbərlər operativ şəkildə təqdim olunacaq.

Platformada eyni zamanda müxtəlif sahələri əhatə edən xüsusi məqalələr də yer alacaq. Həkimlər, vəkillər, tanınmış brendlər və restoranlar haqqında hazırlanacaq materiallar həm məlumatlandırıcı, həm də tanıtım xarakterli olacaq. Bu yanaşma oxucular üçün faydalı kontent təqdim etməklə yanaşı, bizneslər üçün də effektiv tanıtım imkanı yaradacaq.

Layihənin əsas məqsədi – keyfiyyətli və diqqətçəkən kontent vasitəsilə geniş auditoriyaya çatmaq, eyni zamanda müxtəlif sahələrdə fəaliyyət göstərən şəxslər və şirkətlər üçün yeni media platforması formalaşdırmaqdır.

AdevaMeg.az artıq fəaliyyətə başlayıb və istifadəçilər platformanı ziyarət edərək ən son yeniliklərlə tanış ola bilərlər.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ