RU
Azərbaycanın Omandakı səfiri geri çağırılıb, yenisi təyin olunub
16:04
38

Azərbaycanın Omandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb. Dövlət başçısının digər Sərəncamı ilə Rəşad Fail oğlu İsmayılov Azərbaycan Respublikasının Oman Sultanlığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ