Baham adaları yaxınlığında kiçik təyyarə itkin düşüb
7News.az xəbər verir ki, Baham adalarından ABŞ-ın Florida ştatına doğru yola düşən və içərisində eyni ailəyə mənsub dörd nəfərin olduğu kiçik təyyarə dənizə düşdükdən sonra itkin düşüb. Ərazidə başlanılan axtarış-xilasetmə işləri əlverişsiz hava şəraiti səbəbindən dayandırılıb.