RU
lombard
Baş Prokurorluqdan Tofiq Yaqublunun döyülməsi məsələsinə rəsmi cavab - ARAŞDIRMA YEKUNLAŞDI
15:08
97

Baş Prokurorluqdan Tofiq Yaqublunun döyülməsi məsələsinə rəsmi cavab - ARAŞDIRMA YEKUNLAŞDI

Tofiq Yaqublunun fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında aparılmış araşdırma yekunlaşdı. Bu barədə Baş Prokurorluqdan 7NEWS.az-a verilən məlumatda deyilir. 
Kütləvi informasiya vasitələrindən daxil olmuş sorğuya Baş Prokurorluğun Mətbuat xidmətindən cavab olaraq bildirilmişdir ki, Tofiq Yaqublunun həbs edilən və aclıq aksiyası keçirən Saleh Rüstəmlinin azad olunması tələbi ilə 2021-ci il dekabrın 1-də Səbail rayonu "Fəvvarələr meydanı” adlanan ərazidə keçirilən yürüşdə iştirak edən zaman Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa və mənəvi təzyiqlərə məruz qalması barədə müraciəti əsasında Səbail rayon prokurorluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Tofiq Yaqublunun ərizəsində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından cinayət-prosessual qanunvericiliyinin tələbinə görə cinayət hadisəsi olmaması əsası ilə toplanmış material üzrə dekabrın 30-da cinayət işinin başlanması rədd edilmişdir.
Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ