Baxım evində əlilliyi olan qadınlara qarşı zorakılıq yaşatdılar
7News.az xəbər verir ki, Cənubi Koreyada əlilliyi olan şəxslər üçün nəzərdə tutulmuş baxım evinin keçmiş direktoru, orada yaşayan üç qadına qarşı cinsi zorakılıq törətdiyi üçün 15 il müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkənlərdən birinin şikayəti əsasında başlanmış hərtərəfli araşdırma nəticəsində məlum olub ki, həmin müəssisədə 20-yə yaxın qadın (o cümlədən keçmiş sakinlər) cinsi zorakılığa məruz qalmış ola bilər. Hadisədən sonra ölkə üzrə əlillər üçün nəzərdə tutulmuş 1507 baxım müəssisəsi yoxlamaya cəlb edilib.