Beyləqanda avtomobilin su arxına aşması nəticəsində sürücü ölüb.
Aslanov Arif Məhəmməd oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə idarəetməni itirərək avtomobili su arxına aşırıb.
Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişin 1967-cı il təvəllüdlü Beyləqan rayon sakini Kərimov Həbib Şəmil oğlu isə müxtəlif bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanıb.








