RU
Binəqədidə dəhşət - Keçmiş arvadını qətlə yetirib, evi partlatdı - Özü də öldü
18:00
26

Binəqədidə dəhşət - Keçmiş arvadını qətlə yetirib, evi partlatdı - Özü də öldü

Bu gün Bakının Binəqədi rayonunda dəhşətli ailə faciəsi baş verib.

7News.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun "Baksol yolu” adlanan ərazisində, İncəçay küçəsindəki yaşayış evlərindən birində qeydə alınıb. Həmin ərazidəki mənzillərin birində yaşayan şəxs arvadını xüsusi amansızlıqla qətlə yetirib.

Məlumata görə, hadisəni törədən şəxs qətli törədəndən sonra qazı açıb. Nəticədə, partlayış baş verib. Qətli törədən kişi də hadisə yerində ölüb.

Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Bildirilib ki, hadisəni törədən şəxs keçmiş arvadının evinə gəlib.

Onların iki övladı olub, hər ikisi də hadisə zamanı işdə olub.

Dəhşətli hadisə nəticəsində iki ev və avtomobil yanıb, bir evin isə partlayışın təsirindən dam örtüyü, pəncərələri yararsız hala düşüb.

 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ