Bioelektron daraq 28 gün ərzində saçların yenidən çıxmasını təmin edib
7News.az xəbər verir ki, çinli alimlər saç tökülməsinə qarşı hazırlanmış yeni müalicə üsulu ilə diqqətçəkən nəticələr əldə ediblər. Beihang Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış bioelektron daraq, siçanlar üzərində aparılan sınaqlarda 28 gün ərzində 97,85% nisbətində saçların yenidən çıxmasına səbəb olub. Bu eksperimental üsulun insanlar üzərində də eyni uğuru verib-verməyəcəyi hələlik məlum deyil.