RU
Bu ərazilərdə 4 saat işıq olmayacaq
11:30
28

Bu ərazilərdə 4 saat işıq olmayacaq

Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinə (ETSİ) daxil olan bəzi ərazilərdə elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bununla bağlı "Azərişıq” ASC məlumat yayıb.

Bildirilib ki, bu gün Biləcəri ETSİ ərazisində 35/6 kV-luq 80 saylı yarımstansiyadan çıxan 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 13:00-dan 17:00-dək Sulutəpə Xocahəsən qəsəbəsinə gedən yolun sağ hissəsi və Ruslan Allahverdiyev küçəsində yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ