RU
lombard
Bu supermarketlər ərzağın qiymətini qaldırır, saxta kampaniyalar keçirir - VİDEO
18:09
1830

Bu supermarketlər ərzağın qiymətini qaldırır, saxta kampaniyalar keçirir - VİDEO

Ölkədə koronavirusla bağlı karantin rejiminin tətbiqi, kafe və restoranların bağlanması insanların ərzağa olan tələbatını artırıb. İndi marketlərə daha çox axın var, sakinlər təkcə gündəlik deyil, ehtiyat ərzaqlar da alırlar.

BakuPost xəbər verir ki, tələbatın artmasından istifadə edən marketlər bəzi məhsulların qiymətini artırıblar. Bununla bağlı sosial şəbəkələrdə insanlar fotolar paylaşır və etirazını bildirirlər. Dünən əməkdaşımız "Bolmart” və bir neçə "Araz" supermarketində müşahidə edib ki, cüzi də olsa, əksər məhsullarda qiymət artımı var. Hətta satıcılar da etiraf edib ki, firmalar tələbat olan malların qiymətini artırır. Ən çox artım ət məhsulları və meyvə-tərəvəzdədir.

Qiymət artımını hiss olunmayacaq qədər artıran, lakin yaranmış vəziyyətdən istifadə edib, saxta endirim kampaniyalar təşkil edən marketlər də var.
 
Məsələn, dünən sosial şəbəkələrdə "Bravo” marketdə belə bir faktı özündə əks etdirən video yayılıb.
İnsanlar belə bir həssas, gərgin vaxtda aidiyyəti qurumlardan sini qiymət artımı edən, saxta yollardan istifadə edib daha çox mənfəət əldə etmək istəyən işbazlara qarşı ciddi mübarizə aparmalarını tələb edirlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ