Böyük rəzalət! Məşhur futbolçuların 18+ məclisi ilə bağlı şok faktlar açıqlandı

Böyük rəzalət! Məşhur futbolçuların 18+ məclisi ilə bağlı şok faktlar açıqlandı
İngiltərənin "Daily Star" qəzeti qalmaqallı xəbər yayıb.

Fanat.Az xəbər verir ki, qəzet pul qarşılığında qadınların xidmətini təklif edən bir şirkətin məlumatlarını dərc edib.

"Daily Star" iddia edir ki, şirkətin müştəri siyahısında "Hollywood" ulduzları, siyasətçilərlə yanaşı, məşhur futbolçuların da adları var. Şirkətdən verilən məlumatda bildirilir ki, müştərilər arasında İngiltərə Premyer Liqasında çıxış edən düyaca məşhur futbolçular da yer alır.



İddialara görə, məşhur futblçular milyon dollarlıq lüks yaxtalarda baş tutan 18+ partilərə qatılır, gecə səhərə qədər əyləncələrdə iştirak edir. Bu partilərdə bahalı içkilər içilir, qızlara böyük məbləğdə pullar ödənir. Məclislərə qatılan əksər futbolçular isə evlidi.

"Daily Star"a danışan Anna adlı qadın Mayamidə bahalı yaxtada evli və məşhur bir futbolçu ilə bir həftə keçirdiyini bildirib. 21 yaşlı latviyalı Anna ondan başqa daha iki qızın həftə ərzində onlarla birlikdə olduğunu deyib. Münhen və London kimi şəhərlərdə də futbolçularla birlikdə olan Anna ayda 20 min avro qazanır.



İsraildə dünyaya gələn Kseniya isə bu günə qədərki ən böyük əyləncə gecəsinin böyük bir futbol klubunun qələbəsindən sonra təşkil olunuduğunu bildirib. Onun sözlərinə görə, iki klub arasında baş tutan derbidə qalib gələn tərəf böyük parti təşkil edib. Futbolçular gecə səhərə qədər əylənib və qadınlarla birlikdə olub. Həmin gecə 600 butulka şampan içilib.

7News.Az

Xəbər lenti