RU
Cavanşir Məmmədov məşhur pencəyindən danışdı —
14:31
621

Cavanşir Məmmədov məşhur pencəyindən danışdı — "İlk dəfə Əliağa Vahid, sonra Süleyman Rüstəm..."

Tanınmış müğənni, əməkdar artist Cavanşir Məmmədov bir müddət öncə müzakirələrə səbəb olmuş qısaqol pencəyindən danışıb.

Əməkdar artist Çingiz Əhmədovun aparıcılığıyla yayımlanan "Pram-şok" verilişində qonaq olan müğənni sözügedən stildə pencəyi Azərbaycanda ilk dəfə məşhur qəzəlxan Əliağa Vahidin geyindiyini diqqətə çatdırıb:

"Bu pencəyi Azərbaycana ilk dəfə Əliağa Vahid gətirib. Ondan sonra Süleyman Rüstəm, ardınca Brejnyev, Brejnyevdən əvvəl isə Nikita Sergeyeviç Xruşov gətirib". 

Ç.Əhmədov isə öz növbəsində C.Məmmədova zarafatyana cavab verib:

"Heç onlar geyinəndə səsi belə çıxmamışdı".

C.Məmmədov bildirib ki, Yeni il çəkilişlərinə də həmin pencəklə qatılacaq:

"Sən elə təqdim etmisən ki, pencək hamının xoşuna gəlib. Söz verirəm ki, Yeni il çəkilişinə bu pencəklə gələcəyəm". 

7News.AzCavanşir Məmmədov məşhur pencəyindən danışdı —
Cavanşir Məmmədov məşhur pencəyindən danışdı —
 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ