RU
Cennifer Lopez Ayselin mağazasında 2,5 milyon xərclədi
14:42
1787

Cennifer Lopez Ayselin mağazasında 2,5 milyon xərclədi

Milyarder oğlu Mixail Quçeriyevin toy mərasiminə qatılmaq üçün Moskvaya gələn amerikalı müğənni və aktrisa Cennifer Lopez Rusiyanın paytaxtında alış-veriş edib.

Bu barədə 7News.Az Rusiya KİV-nə istinadən xəbər verir. 

Dünya ulduzu cangüdənlərin müşayiəti ilə Stoleşnkov küçəsində butiklərə baş çəkib.

Lopez azərbaycanlı Aysel Trudeliyə məxsus “AIZEL” butikdən “Nina Ricci”nin istehsalı olan palto, “Michael Kors”-dən kəşmiri pulover və şalvar alıb. 

Bundan əlavə, müğənnin aldığı mallar siyahısında “Veronique Branquinho” kolleksiyasından ipək və pambıq paltarlar, “Anthony Vaccarello”-dan yubka da var.

Ümumilikdə, Lopez bu paltarlara 2,5 milyon rubl xərcləyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ