RU
Daha bir ölkədə hantavirus aşkarlandı
10:00
22

Daha bir ölkədə hantavirus aşkarlandı

Fransada hantavirusla bağlı narahatlıq artır.

Səhiyyə naziri Stefanie Rist hantavirus epidemiyasına məruz qalan kruiz gəmisində olan fransız sərnişinlərdən birinin test nəticəsinin müsbət çıxdığını açıqlayıb.

Reuters-in məlumatına görə, həmin şəxsin vəziyyətinin ağırlaşdığı bildirilib. Yoluxan sərnişin kruiz gəmisində olan beş Fransa vətəndaşından biridir. Digər dörd nəfərin ilkin test nəticəsi mənfi çıxsa da, onların yenidən yoxlanılacağı qeyd olunub.

Fransa hakimiyyət orqanları indiyədək virusa yoluxan şəxslə təmasda olmuş 22 nəfəri müəyyən edib. Nazir bildirib ki, əsas məqsəd virusun yayılmasının qarşısını almaq və ötürülmə zəncirini qırmaqdır.

Məlumata görə, Fransa hökuməti vəziyyətlə bağlı əlavə təhlükəsizlik tədbirləri tətbiq edib. Baş nazir Sebastyan Lekornu hantavirus böhranı ilə bağlı xüsusi iclas keçirəcək.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ