7News.az xəbər verir ki, dünya şöhrətli müğənni Dua Lipa və britaniyalı aktyor Kallum Törner Londonun tarixi Old Marylebone Town Hall binasında sadə mərasimlə evləniblər. İki ilə yaxındır birlikdə olan cütlük toyda ailə və yaxın dostlarını qonaq edib. Schiaparelli kostyumunda göz qamaşdıran Lipa və əri Turnerin İtaliyanın Palermo şəhərində Elton Con və Donatella Versace kimi dünya ulduzlarının iştirak etdiyi üç günlük dəbdəbəli toyla möhtəşəm bir bayram keçirməyi planlaşdırdığı bildirilir.








