RU
Dünyaca məşhur müğənni həmcinsi ilə nişanlandı
11:50
26

Dünyaca məşhur müğənni həmcinsi ilə nişanlandı

Dünyaca məşhur müğənni Sam Smit və modelyer Kristian Kovnın nişanlandıqları məlum olub.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, bu haqda cütlük yaxın ətrafına Met Galadan öncə məlumat verib.
 
Məlumata görə, 33 yaşlı sənətçi və 32 yaşlı dizayner gizli və səssiz şəkildə nişanlanıblar.
 
Cütlük 4 may 2026-cı ildə keçirilən Met Gala 2026 mərasimində birlikdə görünüb.
 
Sam Smithin Met Gala tədbirində üzük taxmaması cütlüyün nişanı hələlik ictimaiyyətə tam açıqlanmadığını göstərir.

Qeyd edək ki, onlar münasibətlərini əsasən mediadan uzaq saxlayır və bu xəbər hələ rəsmi şəkildə təsdiqlənməyib. Buna baxmayaraq, onların birlikdə görünməsi və yayılan məlumatlar nişan iddialarını daha da gücləndirir.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ