RU
Faiq Ağayevə qarşı təxribat: “Saxta dəvətnamələri yayıldı...” – FOTO
17:31
1505

Faiq Ağayevə qarşı təxribat: “Saxta dəvətnamələri yayıldı...” – FOTO

Xalq artisti Faiq Ağayev dekabrın 29-u və 30-da Heydər Əliyev adına Sarayda verəcəyi konsertlə bağlı yayılan xoşagəlməz xəbərlərə münasibət bildirib.

7News.Az-ın məlumatına görə, Ağayev bu barədə sosial şəbəkədə yazıb:

"Belə də zülm olar? Konsert keçirəcəyim haqda xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər.

İşimə pəl vurmaqdan ötrü bilmirlər daha nələr etsinlər. Bir həftədir ki, dövriyyəyə su qiymətinə saxta "dəvətnamə" atıblar - susuram. İndi də başlayıblar şayiə buraxmağa ki, guya konsertdə fonoqramla oxuyacağam.

Gözünüz nə vaxt doyacaq? Dil-ağzınız nə vaxt yalanlardan usanacaq? Adam deyillər e, səy yığınıdır!

Camaatı gic yerinə qoymusuz?! Kiriyin də!!! Jurnalist zənglərinə cavab verməkdən təngə gəlmişəm artıq. Səhərdən telefonum susmur".

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ